Maliyyə bazarlarında son vəziyyət
EUR/USD məzənnəsi yenidən ucuzlaşa bilər.
Foreks bazarlarında EUR/USD məzənnəsi keçən həftə 1.1284$-a kimi bahalaşmaqla, son yarım ilin maksimum səviyyəsini yeniləyib. Lakin Avrozonada may ayında inflyasiyanın yenidən son beş ayın minimum səviyyəsinə kimi azalması, avroya olan təzyiqləri yenidən artırmaqla, avro/dollar məzənnəsinin də 1.1124 və 1.1025$-a kimi ucuzlaşmasına səbəb ola bilər.
Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir və dünya birjalarında ticarət aktivliyinin daha da artmasına səbəb ola biləcəyi gözlənilir.
GBP/USD məzənnəsində korreksiya.
GBP/USD valyuta cütlüyünün qiyməti isə 1.29 - 1.28$ aralığında ticarət edilməkdədir. Funt/Dollar valyuta cütlüyü qiymətinin texniki mənzərəsi üzrə təhlillərə əsasən, qiymətin gələcək günlərdə də sözügedən aralıqda ticarət ediləcəyi proqnozlaşdırılır. Eyni zamanda, cümə axşamı Böyük Britaniyada baş tutacaq növbədənkənar parlament seçkiləri maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola bilər.
Türk lirəsinin bahalaşması trendində zəifləmə.
Türkiyə maliyyə bazarlarında da türk lirəsinin bahalaşması trendində zəifləmə müşahidə edilir. Beləliklə, 3.5068TL-ə kimi bahalaşan lirənin qiyməti 3.50TL-nin altında qalarsa, yenidən 3.5565TL-ə kimi də ucuzlaşa bilər. Türkiyədə inflyasiyanın 12%-ə kimi yüksəlməsi gözləntilərinin türk lirəsinin qiymətinə təzyiq edə biləcəyi gözlənilir.
Neft qiymətlərində bahalaşma.
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti yenidən bahalaşmağa başlayıb. Bazar ertəsi səhər 51$-a kimi bahalaşan Brent nefti 50.73$-a kimi də bahalaşaraq, bu səviyyənin üzərində möhkəmlənərsə, 53.79$-a kimi də dəyər qazana bilər. Amerikanın neft ehtiyatlarının cari ilin maksimum səviyyəsində azalması, neftə olan tələbin yüksək olmasına işarədir və qiymətlərin bahalaşmasına təsir edir.
Qızılın qiyməti yenidən son bir ayın maksimum səviyyələrində.
Əlvan metallar bazarında qızıla olan tələb yüksək olaraq qalır. Beləliklə, 1282$-a (41.1 $/qram) kimi bahalaşan qızılın bir unsiya üzrə qiyməti gələcək günlər ərzində 1288$-a (41.3 $/qram) kimi də bahalaşa bilər.
© İnvestAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 25 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Oktyabrın 30-da gözlənilən hava şəraiti
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Azərbaycan neftinin son qiyməti
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb














.jpg)





.jpg)


