İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri və üzvləri yenilənib
10 dekabr 2021-cı il tarixində İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının Himayəçilər Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı yığıncağı keçirilib.
Böronun yaydığı məlumatda bildirilir ki, “Xalq Sığorta” ASC-nin İdarə heyətinin sədr müavini Mətanət Nərimanlı, “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova və “Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev Himayəçilər Şurasının üzvləri seçiliblər.
Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev və Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvü təyin ediliblər.
24 dekabr 2021-cı il tarixində Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri, “Atəşgah" Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Azər Əliyev isə sədr müavini seçilib.
Qeyd edək ki, Büro ali idarəetmə orqanı olan Himayəçilər Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur. Şuranın üzvləri maliyyə bazarlarına nəzarət orqanının iki, iştirakçı sığortaçıların isə üç nümayəndəsindən formalaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
48 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
























