İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır
İran İslam Respublikasının Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır.
IRNA agentliyi xəbər verir ki, Ərdəbil valisi Hadi Ameli İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsi, xüsusilə malların tranziti sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaratmaq məqsədilə vilayətin şimalında sərhəd keçid məntəqəsinin açıldığını elan edib.
"İranla Azərbaycan arasında əlaqələrin inkişafı ölkəmizin və şimal qonşumuzun sakinlərini narahat edən məsələlərdən biridir və bu məsələ iki ölkə prezidentlərinin görüşündə də müzakirə olunub", - vali deyib.
"Ticarət əlaqələrini və malların tranzitini asanlaşdırmaq üçün əyalət yollarını genişləndirmək niyyətindəyik, eyni zamanda Parsabad-Ərdəbil şəhər yolunun inkişafı hər iki ölkəyə böyük şəhərlərə çıxış yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək", - H.Ameli bildirib.
Onun sözlərinə görə, Aslandüz sərhəd-keçid məntəqəsinin açılması iqtisadiyyat və sərhəd əlaqələrinin çiçəklənməsi baxımından böyük əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, İran hakimiyyəti koronavirusun “omikron” ştamının yayılması təhlükəsi ilə əlaqədar qonşu ölkələrlə quru sərhədini bağlayıb. İran Gömrük İdarəsinin rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib ki, Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Baş Qərargahın və Daxili İşlər Nazirliyinin əmrinə uyğun olaraq, "omikron" ştamının yayılmasının qarşısının alınması məqsədilə dekabrın 25-dən etibarən qonşu dövlətlərlə quru sərhədi sərnişinlər üçün 15 gün müddətinə bağlı olacaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat sonra
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























