BlackRock: Gözdən düşən qızıl 2022-ci ildə bahalaşa bilər
BlackRock Inc., qızılın durğun keçən bir ilin ardından, 2022-ci ildə, real faizlərin bir kombinasiyası, ABŞ dollarının performansı və "etibarlı limanlara" istiqamətli tələb ilə bahalaşa biləcəyini qeyd edib.
Marja.az xəbər verir ki, "BlackRock"un sərmayələr üzrə qlobal müdiri Evy Hambro, "Hazırda qızıl nisbi olaraq gözdən düşmüş görünür. Ancaq qızıla dair mövcud mənfi sərmayəçi gözləntisi, gələn il aşağı istiqamətli riskdən çox daha çox yuxarı istiqamətli risk təqdim edir" deyib.
Pul bu il fiziki qızıl dəstəkli birja fondlarından (ETF) çıxır. Dünyanın ən böyük qızıl dəstəkli fondu "SPDR Gold Shares"dən bu il indiyə qədər, təxminən 193 ton qızıla bərabər gələn 10 milyard dolların üzərində çıxış reallaşıb. Bu 2013-cü ildən bu yana ən böyük çıxışdır.
Hambro, "Tarixi olaraq, qızıla və qızıl ilə əlaqədar səhmlərə dair proqnozlar çox mənfi olduğu zamanlar alış fürsətləri yaranır" deyib.
Qızılın qiymətləri, ABŞ Mərkəzi Bankının (Fed) yığıncağına dair qeyri-müəyyənliklərin ortadan qalxması ilə bahalaşıb. Bakı vaxtı ilə saat 08:10-da qızılın unsiyası 0,22% artımla 1803 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 13 saat sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
8 saat əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
SOCAR Özbəkistanda nümayəndəlik açacaq
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi






.jpg)
.jpg)





.jpg)







