"PAŞA Kapital" “Bank Respublika”nın 10 milyon manatlıq istiqraz buraxılışını həyata keçirdi
(®) 16 dekabr 2021-ci il tarixində “Bank Respublika” ASC tərəfindən emissiya edilən, hər birinin nominal dəyəri 1 000 manat olan, 10 000 ədəd təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazların yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilən rəqabətli hərrac uğurla başa çatıb.
Buraxılışın anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən hərraca çıxarılan istiqrazlara olan tələbat təklifi üstələmiş və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8,3 faiz təşkil edib.
Ümumilikdə hərracda 6 investor iştirak etmiş və onlar tərəfindən təqdim edilən sifarişlərin həcmi təxminən 13 milyon manat olmuşdur.

Xatırladaq ki, qeyd olunan istiqrazlar 2 il müddətinə buraxılıb və onlar üzrə investorlara hər 6 aydan bir, illik 8,5 faiz dərəcəsi ilə kupon ödənişləri ediləcəkdir.
İstiqrazlar ən qısa müddətdə Bakı Fond Birjasında tədavülə buraxılacaqdır və onları təkrar bazarda əldə etmək istəyən investorlar bilavasitə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-ə müraciət edə bilər.
"PAŞA Kapital İnvestisiya" Şirkəti QSC ölkənin ən iri investisiya şirkəti olaraq 2021-ci və əvvəlki illərdə olduğu kimi gələcəkdə də bu cür uğurlu anderraytinq layihələrə imza atmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















