Azərbaycanda moped, skuter və velosiped idarə edən şəxslərə qarşı tələblər sərtləşdirilir - YENİ QANUN
“Mopedlər, yəni 50 kub/sm-dək motor həcmi olan nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük hüququ, eləcə də onların dövlət qeydiyyatına alınması qanunvericilikdə hələ ki nəzərdə tutulmayıb. Vətəndaşlarımızın son illərdə bu cür vasitələrdən istifadə etməsi ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmlidir və hesab edirik ki, bu cür vasitələrdən düzgün şəkildə istifadə olunması yollarda sıxlıq və tıxacların qarşısının alınması üçün öz töhfəsini verəcək”.
Bunu açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib.
“Lakin bununla yanaşı vətəndaşlarımızın haqlı narazılıq və narahatlığı da az deyil. Bu cür vasitələrlə törədilmiş qəzalar, eləcə də qayda pozuntuları xüsusi texniki vasitələrlə aşkarlanması mümkünsüzdür. Hesab edirik ki, yeni qanun layihəsində tərəfimizdən edilmiş təkliflər qısa zamanda öz həllini tapacaq və bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin məsuliyyəti dərinləşəcək və ciddiləşəcək. Əlavə olaraq bildirmək istəyirik ki, hərəkətin digər iştirakçıları – mopedlər, skuterlər, velosipedlər, yeni nəsil minik vasitələr mövcud qanunvericilikdə olmasa da, nəzərdə tutulan yeni qanunvericilik layihəsində öz həllini tapacaq məsələlər siyahısındadır”, - baş inspektor söyləyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq yol-patrul xidmətinin əməkdaşları tərəfindən yollarda bu cür vasitələrlə qayda pozuntusu edən şəxslərə adekvat münasibət göstərilir və hüquq çərçivəsində lazımi tədbirlər görülür: "Belə ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçıları qismində olan şəxslərə müvafiq hallarda 20 manatdan 100 manat məbləğinədək cərimə nəzərdə tutulub".
Telegramda Marja.az səhifəsinə abunə olun
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























