Almaniyanın aviadaşıyıcısı Bakıya birbaşa reysləri bərpa etdi
Uzun fasilədən sonra “Lufthansa” aviaşirkəti Bakıya Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa müntəzəm reyslərini bərpa edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu ilin yayınadək reyslər Tbilisi hava limanında qısamüddətli dayanmaqla yerinə yetirilirdi. Noyabr ayından başlayaraq aviaşirkət yenidən Bakıdan Frankfurta və geriyə birbaşa müntəzəm reyslər təklif edir. Aviaşirkət öz sərnişinlərinə həftədə 4 reysədək təklif edir –bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri Bakıdan uçuş saat 04:45-də və çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri Bakıya gəliş saat 21:30-da həyata keçiriləcək.
Təyyarə tipi - Airbus A320, iki xidmət sinfi mövcuddur: biznes və ekonom siniflər.
"Biz, “Lufthansa Group” aviaşirkətləri uçuşlarımızın coğrafiyasını tədricən genişləndiririk və Azərbaycandan olan müştərilərimizə yenidən Bakıdan Frankfurta və daha sonra bütün dünyaya birbaşa müntəzəm reysləri təklif etməyə şadıq. Biz, həmçinin Bakı-Frankfurt marşrutunun gələcək inkişafına nikbin baxır və müştərilərimizi hava gəmilərimizdə yenidən salamlamaq imkanını səbirsizliklə gözləyirik," – Karsten Tsanq, “Lufthansa Group”un Ukrayna, Belarus, Türkmənistan və Cənubi Qafqaz üzrə baş direktoru deyib.
«COVİD-19 pandemiyasının başlanmasınadək Avropanın ən böyük qovşaqlarından biri olan Frankfurta birbaşa müntəzəm reyslər yerinə yetirən ”Lufthansa” aviaşirkəti bizim çoxillik tərəfdaşımızdır. Biz şadıq ki, istər Azərbaycanda, istərsə də Almaniyada uğurlu peyvəndləmə proqramları sayəsində və karantin məhdudiyyətlərinin tədricən yumşalması nəticəsində sərnişinlərə bu tələb olunan istiqaməti yenidən təqdim edə biləcəyik», - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirdib.
Həmçinin oxu
Azərbaycanda iki reklam şirkəti birləşdi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























