Azərbaycan mobil internetin qiymətinə görə dünyada 100-cü yerdədir
Dünyada İsrail 1-ci, Qırğızıstan 2-ci yerdədirQırğızıstan mobil internetin ucuzluğuna görə dünya reytinqində ikinci yerdədir.
Marja.az xəbər verir ki, bu barədə çərşənbə günü Böyük Britaniya “Cable” şirkətinin apardığı araşdırma əsasında Qırğızısıtanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
“Böyük Britaniyanın “Cable” analitik resursunun reytinqinə əsasən, Qırğızıstan Mərkəzi Asiya ölkələri arasında ən sürətli internetə malikdir. Bununla yanaşı, Qırğızıstan yuxarıda göstərilən resursa görə, mobil internetin ən aşağı qiymətinə görə dünyanın 230 ölkəsi arasında ikinci yeri tutur”, - deyə məlumatda bildirilir.
Bu göstəriciyə görə Qırğızıstan İsraildən sonra ikinci yerdədir. 1 GB mobil internetin orta pərakəndə satış qiyməti Qırğızıstanda 0,15 dollar, İsraildə isə 0.05 dollardır.
Son 20 ildə ölkənin 6,7 milyon sakinindən 5,7 milyonu internet istifadəçisi olub.
“Bu, əhalinin təxminən 85%-ni təşkil edir, 2021-ci ildə 1 GB mobil internetin orta pərakəndə satış qiyməti 0,15 dollar, ölkədə ən ucuz trafik isə 0,10 dollar təşkil edir”, - Rəqəmsal Texnologiyalar Nazirliyindən bildiriblər.
Nazirlik qeyd edib ki, Qırğızıstanda internet istifadəçilərinin sayında kəskin artım koronavirus infeksiyası pandemiyasının başlanmasından sonra, məktəblilərin və tələbələrin tədris prosesinin distant formata keçirilməsi, əməkdaşların distant işləməyə göndərilməsi ilə baş verib.
“Mobil internetə çıxış respublikanın telekommunikasiya bazarının ən sürətlə inkişaf edən seqmentlərindən biridir. Bölgədə internet xidmətlərinin populyarlaşması mobil rabitənin əhatə dairəsinin genişlənməsi ilə eyni vaxta düşüb. Bu gün ölkədə hər yerdə mobil texnologiyalardan istifadəyə tələbat və imkanlar artmaqdadır ki, bu da Qırğızıstanın demək olar ki, hər yerində simsiz internet xidmətlərini əldə etməyə imkan verir”, - deyə məlumatda bildirilir.
Hazırda respublikanın yaşayış məntəqələrinin 98,6 faizi 2G, 93,8 faizi isə 4G texnologiyası ilə əhatə olunub.
Qeyd edək ki, "Cable” analitik resursunun reytinqində Azərbaycan mobil internetin ən aşağı orta qiymətinə görə 230 ölkəsi arasında 100-cü yerdərir. Azərbaycanda 2021-ci ildə 1 GB mobil internetin orta pərakəndə satış qiyməti 1,82 dollar, ən ucuz trafik isə 0,24 dollar təşkil edib.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























