Azərbaycana Türkmənistandan nə qədər svop qazı tədarük ediləcək?
Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz mübadiləsinə dair üçtərəfli müqavilə (SWAP) dekabrın 1-dən qüvvəyə minəcək, lakin müqavilə üzrə qazın nəqlinə dekabrın sonunda başlanacaq.
İranın "Mehr" agentliyinin verdiyi məlumata görə, noyabrın 28-də Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanacağı gözlənilir.
Qeyd olunur ki, Türkmənistan Azərbaycan tərəfinə İran vasitəsilə gündə 5-6 mln. kubmetr qaz nəql edəcək, illik həcm 1,5-2 mlrd. kubmetr olacaq.
SWAP müqaviləsi çərçivəsində İran Türkmənistan qazını Azərbaycana tədarük etməklə özünün beş əyalətinin qaz ehtiyacını ödəyə biləcək.
SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək. Üçüncü ölkələr vasitəsilə belə ixrac sxemləri karbohidrogenlərin birbaşa ötürülməsi üçün hazır infrastruktur olmadıqda istifadə olunur.
XXX
Azərbaycan, İran və Türkmənistan illik 1,5 - 2 milyard kubmetr qazın svop tədarükü barədə razılaşma imzalayıb.
Bu barədə İranın IRNA dövlət informasiya agentliyi məlumat yayıb.
İranın neft naziri Cavad Ovci bildirib ki, razılaşmaya əsasən, İran Türkmənistandan qaz alacaq və eyni həcmdə qazı Azərbaycana ötürəcək.
“Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz satacaq”, - nazir IRNA-ya bildirib.
Müddətsiz müqavilənin icrasına bu il dekabrın 22-də başlanacaq.
“Mehr” yazır ki, türkmən qazını Azərbaycana ötürməklə İran özünün 5 vilayətinin qaza olan tələbatını ödəyəcək.
C.Ovci deyib ki, İran Türkmənistan ilə aralarında olan 1,8 milyard dollarlıq qaz borcu məsələsini həll etməyə çalışır.
Xatırladaq ki, ölkənin cənubunda böyük qaz ehtiyatlarına malik İran əsasən də qış aylarında şimal vilayətlərinin qaz təminatını həll etmək üçün 1997-ci ildən etibarən Türkmənistandan qaz idxal edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)









