Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib: "Biz otuz il özümüzü aldatdıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib: "Biz otuz il özümüzü aldatdıq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə üçtərəfli görüş ərəfəsində Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.

“Hraparak” qəzeti xəbər verir ki, hökumət başçısı ölkəsinin Zəngəzur icmalarının rəhbərləri ilə görüşüb.

N.Paşinyan görüşdə İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan danışıb.

“Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verənlər oldu”, - Baş nazir vurğulayıb.

O bildirib ki, Ermənistan Zəngəzur yolunu bağlaya bilməz. “Çünki, Azərbaycan buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

Telegramda Marja.az səhifəsinə abunə olun

“Report” 

26.11.2021 12:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18