Honda sıfır qəzaya nail olmaq üçün süni intellekt texnologiyasını avtomobillərə inteqrasiya edir
Şirkətdən verilən məlumata görə, sistem kamera və sensorlardan istifadə etməklə sürücünün səhhətini, reaksiyasını, eləcə də yoldakı vəziyyəti skan edəcək.Yaponiyanın “Honda Motor” konserni 2050-ci ilə qədər yollarda sıfır qəza və ölüm hallarına nail olmaq məqsədi ilə süni intellekt texnologiyalarının inkişafı və onların avtomobillərdə istifadəsi üçün yol xəritəsini təqdim edib.
Marja xəbər verir ki, bu barədə şirkətin cümə günü yayılan press-relizində deyilir.
Avtomobillərdə quraşdırılan sistem kameralar və müxtəlif sensorlardan istifadə etməklə sürücünün səhhətini, reaksiyasını, eləcə də yoldakı vəziyyəti daim skan edəcək. Yolun hərəkət hissəsində və ya təhsil müəssisələrinin yaxınlığında, yol kənarında parkinq, piyada keçidləri kimi potensial təhlükəli ərazilərə yaxınlaşdıqda hər hansı maneə yaranarsa, avtomobil bu barədə bir neçə yolla xəbərdarlıq edəcək. Onların arasında vizual və səsli siqnallar, təhlükəsizlik kəmərlərinin bərkidilməsi, avtomatik sükan idarəetməsi, əyləc və fövqəladə halların qarşısını almaq üçün sürücülükdə digər yardımlar var.
Digər təhlükəsizlik xüsusiyyətlərinə sürücünün maşın sürərkən yuxuya getməsinin qarşısını almaq üçün titrəyən oturacaqlar daxildir. Texnologiyaya malik ilk avtomobillərin 2022-ci ilin ikinci yarısında konveyerdən çıxması gözlənilir.
Bundan əlavə, Honda bütün yol istifadəçilərini bir araya gətirəcək vahid telekommunikasiya sistemini təşkil etməyə imkan verən texnologiyalar yaratmağı nəzərdə tutur. Onun tərkib hissəsi olaraq, yol hərəkəti vəziyyətlərinin təhlili üçün vahid məlumat mərkəzinin yaradılması nəzərdə tutulur. Sistemə məlumatlar avtomobillərdən və küçələrdəki CCTV kameralarından ötürüləcəkdir.
Yaponiyada son vaxtlar yol qəzalarında ölənlərin sayı azalır. 2020-ci ildə ölkənin yollarında 2,8 mindən bir qədər çox insan həlak olub. Bu, Yaponiyada belə statistikanın başladığı 1948-ci ildən bəri ən kiçik rəqəmdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























