“Gənclik”də gücləndirilmiş iş rejimi tətbiq ediləcək, 3 stansiyanın iş vaxtı uzadılacaq
Üç stansiyanın iş vaxtı bir saat uzadılacaqNoyabr ayının 25-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
Klubun müraciəti və oyuna marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişik edib.
Bununla əlaqədar olaraq, oyunun keçirələcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, habelə “Nəriman Nərimanov” və “28 May” stansiyaları noyabr ayının 25-dən 26-na keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Sərnişinlər mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.
Futbol oyununun başlanma vaxtı ərəfəsində “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Stansiyanın yerləşdiyi ərazidə keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə müvafiq işlər görüləcək.
Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirləri görüləcək.
Konfrans liqasının qrup mərhələsində uğur qazanaraq, Azərbaycan futbolu tarixində ilk dəfə UEFA miqyaslı yüksək reytinqli klub turnirinin pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ” futbol klubuna parlaq qələbələrlə yeni-yeni mərhələlər və nailiyyətlər arzulayırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























