"Yaponiya qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 30 milyon barrelə qədər neft sata bilər" - ekspert

"Yaponiya hökuməti özəl şirkətlərin strateji ehtiyatlarından təxminən 30 milyon barel neftin satışını təşkil edə bilər".
Marja xəbər verir ki, bu fikir ölkənin aparıcı ekspertlərindən biri, Qabaqcıl Siyasət Araşdırmaları Milli İnstitutunun (GRIPS) professoru Hisanori Nei müsahibəsində bildirib. Əvvəllər o, Dövlət Təbii Ehtiyatlar və Energetika Administrasiyasında strateji neft ehtiyatları məsələsinə rəhbərlik edib və Yaponiya Milli Neft, Qaz və Metallar Korporasiyasının (JOGMEC) direktorlar şurasının üzvü olub.
Ekspert qeyd edib ki, Yaponiyada qüvvədə olan qanunvericilik strateji ehtiyatların yalnız kifayət qədər neft tədarükü olmadıqda və ya belə qıtlıq təhlükəsi yarandıqda, eləcə də təbii fəlakətlər zamanı bazara çıxarılmasına icazə verir.
"Əgər bu cür müddəalar hərfi mənada təfsir edilərsə, o zaman müvəqqəti qiymət artımı şəraitində ehtiyatların satış çox çətindir", - professor bildirib. O, bunun Beynəlxalq Enerji Agentliyinin siyasətinə zidd olduğunu da vurğulayıb.
Ekspert hesab edir ki, “Ancaq ABŞ-dan rəsmi müraciət olarsa, strateji ehtiyatlardan neftin satışı qanun çərçivəsindən kənarda həyata keçirilə bilər. Konkret olaraq, Yaponiya dövlət və özəl şirkətlərin ehtiyatlarına malikdir. Bir sıra məhdudiyyətlər, o cümlədən tenderlərin təşkili zərurəti səbəbindən dövlət ehtiyatlarından satış çətinləşir. Buna görə də, özəl korporasiyaların ehtiyatları sürətli tədbirlər görmək üçün daha əlverişlidir”.
Yaponiyanın "Yomiuri" qəzetinin yaydığı xəbərə görə, Yaponiya və ABŞ, qiymət artımlarının qarşısını almaq məqsədilə bu həftə neft ehtiyatlarının istifadəyə açılmasına dair ortaq bir açıqlama yayacaqlar.
"Yomiuri" qəzeti Bazar günü hökumətdəki mənbələrinə istinadən yaydığı xəbərində, hökumətin ehtiyatın bir qisimini istifadəyə açmağı qiymətləndirdiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
8 d. əvvəl
Digər bankdakı kreditini 0 % komissiya və aşağı faizlə Unibanka gətir!
-
- 40 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Respublika Diaqnostika Mərkəzi“ndə təcili yığıncaq - Baş direktor seçiləcək
-
1 saat əvvəl
“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır- XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur
