Qatıq istehsalçısı 100 milyon dollarlıq səhm satır

Hamdi Ulukaya qurduğu qatıq istehsalçısı "Chobani Inc" şirkəti səhmlərinin ilkin kütləvi təklifi üçün ABŞ sərmayə bazarlarını tənzimləyən qurum olan SEC-ə müraciət edib.
Marja xəbər verir ki, 16 illik şirkət SEC-ə etdiyi müraciətində 100 milyon dollarlıq səhm satışı hədəflədiyini bildirib.
Şirkətin qurucusu və Baş direktoru Hamdi Ulukaya müraciətdə "Hələ gənc, enerjili və təşəbbüskar bir şirkətik" qiymətləndirməsini edib.
Ulukaya 1994-cü ildə Türkiyədən ABŞ-a getmiş, 2005-ci ildə "Chobani"ni qurmuşdur. "Chobani"nin satışlarının 95%-i Şimal Amerikada reallaşır.
Müraciətdə şirkətin maliyyə göstəriciləri barədə də məlumatlar verilib. 26 Sentyabrda bitən doqquz aylıq dövrdə "Chobani"nin zərəri yüngül artımla 24 milyon dollar, satışları 1,06 milyard dollar təşkil edib.
SEC-ə təqdim edilən izahnamədə risklər olaraq - tədarük zənciri çətinlikləri, işçi çatışmazlığı və pandemiya ilə bağlı artan xərclər göstərilib.
İlkin kütləvi təklifi "Goldman Sachs" və "Bank of America" idarə edəcək. "Chobani", səhmlərini CHO kodu ilə Nasdaq Global Select Market-də təklif etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
5 d. əvvəl
Digər bankdakı kreditini 0 % komissiya və aşağı faizlə Unibanka gətir!
-
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Respublika Diaqnostika Mərkəzi“ndə təcili yığıncaq - Baş direktor seçiləcək
-
1 saat əvvəl
“Azərmetalinvest”in rəhbərliyi yenidən seçiləcək, şirkətin istifadəyə yararsız əmlakı silinəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır- XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur
