Səudiyyə Ərəbistanı dünyanın ən böyük üzən sənaye kompleksini inşa edəcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünyanın ən böyük üzən sənaye kompleksini inşa edəcəklərini açıqlayıb.
Bu barədə krallığın rəsmi SPA agentliyi bildirib.
Məlumata görə, “Oxagon” adlanacaq kompleks Neom kimi tanınan sənaye şəhərində olacaq.
Şahzadə Məhəmməd mətbuat konfransında bunun dünyanın ən böyük üzən sənaye kompleksi layihəsi olduğunu vurğulayıb.
Şahzadənin sözlərinə görə, “Oxagon” qlobal ticarət axını ilə yanaşı, Səudiyyə Ərəbistanının regional ticarətinə də dəstək verəcək.
Daha əvvəl açıqladığı nəhəng “Neom layihəsi” çərçivəsində Neom şəhərində tikiləcək üzən kompleks üçün işlərə başlandığını qeyd edən vəliəhd sənaye şəhərinin sürətlə böyüdülməsinin planlaşdırıldığını da əlavə edib.
Şahzadə həmçinin qeyd edib ki, “Oxagon” xüsusilə Neomda və ümumilikdə Səudiyyə Ərəbistanında iqtisadi artım və diversifikasiya üçün başlanğıc nöqtəsi olacaq.
Layihənin təbiətə zərər verməyəcəyinə diqqət çəkən Məhəmməd bin Salman bunun həm ətraf mühitin qorunmasına töhfə verəcəyini, həm də yeni iş yeri imkanları yaradacağını və iqtisadi artıma nail olacağını bildirib.
Qeyd edək ki, vəliəhd şahzadə daha əvvəl Qırmızı dəniz sahilində İordaniya və Misir sərhədlərinə qədər uzanan 500 milyard dollarlıq sərmayə ilə “Neom Layihəsi" adı ilə nəhəng sənaye şəhərinin tikiləcəyinin anonsunu verib.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Bosch 13 min işçisini ixtisar edəcək

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
Ən çox oxunanlar

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
