"Azərbaycanlılar ilə ticarətin başlaması, Manatın istifadə edilməsi inteqrasiya istiqamətində ilk addım olar"

"Erməni icmasının tədricən Azərbaycan cəmiyyətinə inteqrasiyasına nail olmaq lazımdır”.
Bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
S. Markov deyib ki, qonşuluqda azərbaycanlılar yaşayan yaşayış məntəqələri ilə ticarət əlaqələrinin başlaması, Azərbaycan manatının ödəniş vasitəsi kimi istifadə edilməsi inteqrasiya istiqamətində ilk addım olar: “Heç bir addım atılmasa, 4 ildən sonra Rusiya sülhməramlıları çıxıb getsə, Azərbaycan Ordusu müqavimətlə qarşılaşmadan həmin ərazilərə daxil olacaq, Azərbaycan strukturları o ərazilərdə fəaliyyətə başlayacaq. Bu halda oradakı erməni icmasının bir hissəsi Laçın dəhlizi vasitəsi ilə həmin ərazini tərk edəcək, müəyyən bir qismi, tutaq ki, yaşlılar qala bilər. Ona görə də inteqrasiya prosesinin başlaması yaxşı olar”.
Rusiya “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko isə vurğulayıb ki, Rusiya sülhməramlılarının əsas vəzifəsi sülh və təhlükəsizliyi təmin etməkdir: “Bu vəzifə uğurla yerinə yetirilir. Bunu Azərbaycan və Rusiya prezidentləri də bildiriblər”.
İqor Korotçenko qeyd edib ki, Rusiya sülhməramlıları bu vəzifəni yüksək peşəkarlıq və dəqiqliklə yerinə yetirirlər.
Şuşa yaxınlığındakı terror aktı üçtərəfli bəyanatı pozmaq üçün törədilib”
“Şuşa yaxınlığında törədilmiş terror aktı üçtərəfli bəyanatı pozmaq üçün həyata keçirilən ilk terror aktıdır”.
İqor Korotçenko deyib ki, elə etmək lazımdır ki, bir daha belə bir terror aktı törədilməsin: “Bu terror aktı üçtərəfli bəyanatı ləğv etməyə yönəlib. Terrorçunun erməni tərəfinə verilməsi belə bir terror aktının törədilə bilməsinə zəmin yaradır. Ona görə də Rusiya və Azərbaycan arasında bununla bağlı ekspert məsləhətləşmələri aparılmalı, bu məsləhətləşmələrin nəticəsi olaraq gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq mexanizm yaradılmalıdır”.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə qeyd edib ki, Rusiya sülhməramlılarının antiterror əməliyyatı aparmaq hüququ yoxdur: “Terrorçu qumbara atan zaman ona atəş açmaq olardı, amma terrorçunun evində axtarış aparmaq üçün Rusiya sülhməramlılarının səlahiyyəti yoxdur”.
Sergey Markov nəzərə çatdırıb ki, Rusiya sülhməramlılarının olduğu ərazidə yaşayanlar Rusiya pasportu almaq istəyirlər: “Ancaq Rusiya bunu arzulamır və bu, Rusiyanın marağında da deyil. Bu ərazilər Azərbaycanın əraziləridir”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 13 d. əvvəl
-
12 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
-
-
13 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
13 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
13 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Bosch 13 min işçisini ixtisar edəcək

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
Ən çox oxunanlar

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
