Palata: "Bir çox dövlət müəssisəsi büdcəyə dividend ödənişində maraqlı deyil"
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmalar üzrə aparılmış araşdırma və təhlillər mövcud potensialın daha artıq olduğu qənaətinə gəlməyə əsas verir.
Marja xəbər veri ki. Bu, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki. səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2022-ci ilin dövlət büdcəsi layihəsində 106,5 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2021-ci ilin müvafiq göstəricisindən 61,6 milyon manat azdır. Azalmanın əsas səbəbləri "Azərbaycan Beynəlxalq Bankı" ASC üzrə (20 milyon manat) və iri dövlət müəssisələri üzrə (41 milyon manat) proqnozun azaldılması, "Aqrarkredit" QSC BOKT, "Azərlotereya" ASC və "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC üzrə dividenddən dövlət büdcəsinə daxilolmanın proqnozlaşdırılmaması ilə bağlı olmuşdur.
“Qeyd etmək lazımdır ki, 2021-ci ildə iri dövlət şirkətlərindən alınacaq dividendlər 5 şirkət (ARDNŞ, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərişıq” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC) üzrə nəzərdə tutulduğu halda, cari ilin 8 ayında bu mənbədən dövlət büdcəsinə vəsait daxil olmamış, 2022-ci ilin büdcə layihəsində yalnız "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 5 milyon min manat nəzərdə tutulmuşdur.
Təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2021-ci ilin ötən dövrü ərzində 122 milyon 44 min manat məbləğində vəsait daxil olmuşdur ki, bunun da 120 milyon 844 min manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 200 min manatı "Aqrarkredit" QSC BOKT, 1000 manatı isə "Azərlotereya" ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş, "Azər Türk Bank" ASC, "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC və iri dövlət şirkətləri tərəfindən dividend ödənişi həyata keçirilməmişdir.
Ümumiyyətlə bu istiqamət üzrə məlumatların təhlili bir çox dövlət müəssisəsi tərəfindən dövlət büdcəsinə dividend ödənişində maraqlı olmamasını göstərir. Belə ki, həmin müəssisələrdən bəzilərinin əvvəlki illərdə maliyyə hesabatlarına baxdıqda xalis mənfəət əldə olunmasına baxmayaraq həmin dövr üzrə dövlət büdcəsinin gəlirlərin bu mənbəsi üzrə daxilolmanın formalaşdırılmasında heç bir paya sahib olmamışlar”,- rəydə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
4 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)










