Avtomobil istehsalçıları elektromobillərə 515 milyard dollar xərcləməyi planlaşdırır
Dünyanın aparıcı avtomobil istehsalçıları 2030-cu ilə qədər elektriklə işləyən avtomobillərə və akkumulyatorlara 515 milyard dollar xərcləməyi planlaşdırır.
Reuters agentliyi xəbər verir ki, bu vəsait müxtəlif ölkələr tərəfindən müəyyən edilən sərt dekarbonizasiya hədəflərinə nail olmaq və yalnız elektriklə işləyən avtomobil istehsalına keçid etmək üçün xərclənəcək.
Üç il bundan öncə belə investisiyaların həcmi 300 milyard dollar həcmində qiymətləndirilirdi. Bu sahənin lideri olan Almaniyanın “Volkswagen” avtomobil konserni növbəti onillikdə elektrik avtomobillərinə və akkumulyatorlara təxminən 110 milyard dollar xərcləmək niyyətindədir. “Daimler” və BMW də daxil olmaqla, Almaniya kompaniyalarının bu sahədə ümumi xərcləri 2030-cu ilədək 185 milyard dollar təşkil edəcək.
Amerika nəhəngləri “General Motors” və “Ford Motor” 2025-ci ilə qədər elektrik avtomobillərinin inkişafı və istehsalına təxminən 60 milyard dollar xərcləməyi planlaşdırır. Çinin avtomobil kompaniyaları Avropa və Amerikadan olan tərəfdaşlarının köməyi ilə yaxın onillikdə elektrik avtomobillərinə 100 milyard dollaradək sərmayə yatıracaq. Yaponiya kompaniyaları isə bu məsələdə geri qalır. “Honda”, “Toyota Motor” və “Nissan” bu sahədə 40 milyard dollar xərcləmək niyyətindədir.
Qeyd edək ki, “Volkswagen” 2035-ci ilədək Avropada daxili yanma mühərrikli avtomobillərin istehsalını dayandırmağı planlaşdırır. Kompaniya 2030-cu ilədək Avropada elektriklə işləyən avtomobillərin ümumi satış həcmini 70 faizə çatdırmaq və elektromobillər üçün akkumulyatorların istehsalı üzrə altı fabrikdən ibarət şəbəkə qurmaq niyyətindədir.
Dünyanın bir sıra aparıcı avtomobil istehsalçıları yaxın illərdə elektromobillərin istehsalına keçəcəklərini bəyan ediblər. “Rolls-Royce” 2030-cu ilə qədər tamamilə elektrik avtomobillərinin istehsalına keçmək niyyətindədir. Amerikanın avtomobil istehsalçısı “General Motors” 2035-ci ilədək elektrik mühərrikləri ilə işləyən avtomobillərin istehsalını böyük ölçüdə artırmağa ümid edir. “Jaguar Land Rover”, “Bentley Motors” və “Mclaren” kimi Britaniya kompaniyaları yaxın illərdə bu cür avtomobillərin istehsalına yönəlmək niyyətindədir.
Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, mövcud tendensiyanın davam edəcəyi təqdirdə 2030-cu ilə qədər bütün dünyada mikroavtobuslar, yük maşınları və avtobuslar da daxil olmaqla, elektriklə işləyən nəqliyyat vasitələrinin sayı 145 milyona çatacaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























