"Bu dərman vəziyyəti dəyişəcək və milyonlarla insanın həyatını xilas edəcək"
Xəbər verdiyimiz kimi Amerikanın iri əczaçılıq şirkəti Pfizer (koronavirusa qarşı ən kütləvi peyvəndin yaradıcısı) pandemiya ilə mübarizə taktikasını potensial olaraq dəyişdirə biləcək bir Covid-19 dərmanı hazırladığını elan edib.
Marja.az-ın məlumatına görə, cümə günü şirkət bildirib ki, virusun çoxalma qabiliyyətinə birbaşa təsir edən dərman klinik sınaqlarda ölüm və xəstəxanaya yerləşdirilmə hallarının azaldılmasında 89% effektivlik göstərib.
Sınaq zamanı, Covid-19 PCR testi müsbət çıxan 1412 nəfərdən 607-si dərman qəbul edib. Onlardan heç biri ölməyib və yalnız altı nəfər xəstəxanaya yerləşdirilib. 612 nəfərlik plasebo qrupunda isə 10 ölüm və 41 xəstəxanaya yerləşdirmə hadisəsi qeydə alınıb.
Pfizer-in baş direktoru Albert Burla CNBC-yə bildirib ki, "Çox yüksək səmərəlilikdir, hətta bizim üçün sürpriz oldu və ən "vəhşi" gözləntilərimizi aşdı".
“Düşünürəm ki, bu dərman vəziyyəti dəyişəcək və milyonlarla insanın həyatını xilas edəcək. Onun bunun üçün potensialı var”, - deyən Baş direktor əlavə edib ki, hazırda şirkətdə 500 milyon hazır dərman var, bu da 50 milyon insanın müalicə kursuna bərabərdir.
Pfizer-in verdiyi açıqlamada, dərmanın PAXLOVID markası altında qeydə alındığını bildirib.
Dərmanın bu ilin sonuna kimi amerikalılara təqdim ediləcəyi gözlənilir. Beş gün ərzində hər 12 saatda bir tablet qəbul edilməlidir.
PAXLOVID virusun insan hüceyrəsində çoxalması lazım olan fermenti ləngidir.
Oktyabrın əvvəlində Amerikanın Merck şirkəti Covid-19 üçün dərman yaratdığını elan edib, lakin onun həbinin effektivliyi 50% idi. Dərmanı qəbul edənlərin 7,3%-i xəstəxanaya yerləşdirilib və ya dünyasını dəyişib.
Noyabrın 4-də İngiltərə Dərman Bazarını Tənzimləmə Agentliyi Merck-in Molnupiravir adlı dərmanının yüngül və orta dərəcədə Covid-19 vəziyyətləri üçün təsdiqləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
24 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
4 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















