Neftin 55 dollardan aşağı düşməsi Azərbaycanda çətinliklər yaradır
Neftin qiymətinin 5 dollar aşağı düşməsi gəlirlərin 1,4 milyard manat azalmasına gətirib çıxarır.Neftin qiymətinin 5 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik təqribən 1,4 milyard manat azalmasına gətirib çıxarır.
Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Məlumata görə, neftin bir barelinin satış qiyməti 30 ABŞ dollarınadək düşərsə icmal büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 5,8 milyard manat az olmasına səbəb ola bilər.
Neft qiymətlərinin 1 ildən yuxarı müddət ərzində 50 ABŞ dolları ssenarisindən 15 ABŞ dolları və daha çox enməsi və 1 il ərzində həmin səviyyədə qalması nəzərdə tutulandan əlavə borclanmanın və ya Dövlət Neft fondundan transfertin, yaxud da qeyd edilən hər iki tədbirin kombinasiyasının həyata keçirilməsini şərtləndirir. Bu halda xərclərin azaldılması ilk növbədə büdcə qanunvericiliyinə uyğun olaraq müdafiə olunmayan xərclərin investisiya xərclərinin aşağı salınması hesabına təmin edilməli olacaq.
Göründüyü kimi, neftin qiymətinin aşağı səviyyədə olması riskin qarşılanması (mitiqasiyası) məqsədilə büdcənin gəlir və xərcləri hesablanarkən neft qiymətlərində mühafizəkar yanaşmanı zəruri edir.
Hesablamalar göstərir ki, 2022-ci ildə neftin bir barelinin 55 ABŞ dolları səviyyəsində olduğu halda ARDNF-in gəlir və xərcləri arasında tarazlığın təmin olunması mümkündür.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)
