Bu il Azərbaycanda 182 min ton şəkər çuğunduru tədarük edilməsi gözlənilir
Respublika üzrə 2021-ci ildə şəkər çuğundurunun əkin sahəsinin ümumilikdə 5214 hektar təşkil edib, avqust ayından başlayan və hazırda davam etməkdə olan yığım prosesində 4250 hektar sahədə yığım prosesi başa çatıb və ümumilikdə 147453 ton şəkər çuğunduru tədarük edilib. Orta məhsuldarlıq göstəricisi 34,7 t/ha, şəkərlilik göstəricisi 14, 65% təşkil edib. Yığım prosesi tam başa çatdıqdan sonra ümumi istehsalın 182000 ton təşkil edəcəyi gözlənilir.
Marja xəbər verir ki, bu Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul rayonu ərazisində “Təkrar şəkər çuğunduru əkinlərinin üstünlükləri” mövzusunda tarla seminarında bildirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Rafail Quliyev, Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, həmçinin Hacıqabul, Beyləqan, Füzuli, Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və fermerlər iştirak edib.
Seminarda arpa biçinindən sonra həmin sahədə şəkər çuğundurunun əkilməsi ilə təkrar əkin sisteminin tətbiqi, torpaqdan istifadə səmərəliliyinin artırılması, bitkilərin növbələşməsi ilə torpağın strukturunun yaxşılaşdırılması, xəstəlik və zərərvericilərə sirayətlənmənin kəskin azalması nəticəsində onlara qarşı pestisidlərdən istifadənin minimum səviyyəyə endirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, əlavə torpaq resursları cəlb etmədən eyni sahədə təkrar əkinin həyata keçirilməsi ölkədə çuğundur istehsalının artmasına imkan yaratmaqla yanaşı, həm də fermerlərin gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına xidmət edir. Bu üsulla əkilmiş şəkər çuğunduru sahələrində suya tam qənaət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








