İlk elektrikli pikapın sahibi ənənəvi nəhəngləri geridə qoya bilər - 55 MİLYARD DOLLAR
Son 10 ilin ən böyük IPO-larından biri olacaq...ABŞ-ın elektrikli avtomobil startapı, 2009-cu ildə qurulmuş Rivian tezliklə 55 milyard dollarlıq bazar dəyərinə çata bilər.
Marja xəbər verir ki, gələn həftə Nasdaq birjasında Səhmlərin ilkin kütləvi yerləşdirilməsinə (IPO) çıxacaq şirkət 135 milyon ədəd səhm satmağı planlaşdırır. İlkin qiymət 57-62 dollar aralığındadır.
İndiyə qədər 11 milyard dollara yaxın maliyyələşmə cəlb edən Rivian həm də bu ilin sentyabrında iri istehsalçılar olan General Motors və Fordu, eləcə də bazarın əsas payçısı Teslanı qabaqlayaraq, avtomobil sənayesində ilk elektrikli pikap modeli olan R1T-ni satışa buraxıb.
Şirkət bu IPO-da 8,4 milyard dollar cəlb etməyi hədəfləyir ki, bu da son 10 ildə ABŞ-da bir şirkətin bir dəfəyə cəlb etdyi 3-cü ən iri məbləğ olacaq. Buna qədər Alibaba 2014-cü ildə 25 milyard dollar, Meta Platforms Inc (keçmiş Facebook) 2012-ci ildə 16 milyard dollar, Uber isə 2019-cu ildə 8,1 milyard dollar cəlb edib.
Qeyd olunan məbləği əldə edəcəyi tədirdə, bazar dəyəri 55 milyard dollara çatacaq Rivian bu göstərici ilə ənənəvi nəhənglər General Motors, Ford və Stellantisə çata, Honda-nı isə ötüb keçə bilər.
Şirkətin əsas payçıları sırasında Amazon (20%) və Ford (12%) də var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























