Xarici şirkət Şamaxıda enerjiyə qənaət edən işıq dirəkləri quraşdırmağa başlayıb - 70% QƏNAƏT EDİR
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində səfərdə olublar.
Dövlətimizin başçısına məlumat verilib ki, hazırda şəhərin daxili küçələri də yenidən qurulur. Bu isə əhalinin böyük məmnunluğuna səbəb olub, onların rahat hərəkətinə şərait yaradıb. İşıqlandırma ilə bağlı da xeyli iş görülüb.
Prezident İlham Əliyev: Artıq o xarici şirkət enerjiyə qənaət edən dirəkləri quraşdırmağa başlayıbdır. Mən yol boyunca gördüm.
Tahir Məmmədov: Bəli, cənab Prezident, bu layihə Sizin birbaşa bizim rayonumuza olan böyük hədiyyənizdir. Bu cür ən müasir standartda işıqların qurulması Şamaxı kimi yeddi ay güclü dumanlı olan bir ərazidə həm nəqliyyat vasitələrinin, həm piyadaların hərəkətinə yaxşı şərait yaradır. Həm də çox müsbət bir aurası var, gözəl işıqlardır.
Prezident İlham Əliyev: Bir də ki, bu, enerjiyə böyük qənaət edir. Ənənəvi köhnə dirəklərlə müqayisədə elektrik enerjisinin sərfiyyatına təqribən 50 faiz, bəzi hallarda 70 faiz qənaət edir.
Tahir Məmmədov: Bəli, dediyinizi biz artıq reallıqda görürük.
Tahir Məmmədov əlavə edib ki, bu gün həyata keçirilən cari layihələrdən biri də ictimai nəqliyyatdakı yeni ödəniş modelinin Şamaxıda tətbiqidir: "Qeyd etməliyəm ki, bu pilot layihələrdən biri kimi ilk dəfə olaraq Sizin rayonumuza hədiyyə etdiyiniz ictimai nəqliyyat vasitələrində tətbiq olunubdur. Əhalimiz çox məmnundur, çox müasir avtobuslardır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 14 saat sonra
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 8 saat əvvəl
-
22 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























