100 milyon dollarlıq istiqrazların birjada yerləşdiriləcəyi tarix açıqlandı
SOCAR tərəfindən buraxılan yeni 100 milyon dollarlıq istiqrazlara abunə yazılışı 29 oktyabrda bitir.
“SOCAR Capital” şirkətindən Marja-ya verilən məlumata istinadən, abunə yazılışı yekunlaşdıqdan sonra istiqrazlar investorlar arasında bölüşdürüləcək və 1 noyabr tarixində Bakı Fond Birjasında yerləşdiriləcək. Bölüşdürmə prosesində üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcəkdir.
Abunə yazılışı bitdikdən və birjada ilkin yerləşdirmədən sonra yerli və xarici investorlar bu istiqrazları 5 illik tədavül müddəti boyunca ancaq təkrar bazardan əldə edə biləcəklər.
SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə “PSG Kapital” investisiya şirkətini marketmeyker qismində cəlb etmişdir.
Xatırlatmaq istərdik ki, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4.5%-dir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)







