Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Oktyabrın 28-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, işçi Qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyevin giriş nitqi ilə start götürən iclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Azranking.az” portalının təqdimatı keçirilib, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən portalın funksionallığı və mövcud platformaları barədə ətraflı məlumat verilib.
İclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələri tərəfindən işçi qrupunun ötən iclasının Protokolu ilə qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılması məqsədi ilə “Deloitte” şirkəti cəlb edilməklə hazırlanmaqda olan Kommunikasiya Strategiyası layihəsinə və bu istiqamətdə qarşıda duran vəzifələrin icrasına dair müzakirələr aparılıb.
Elektrik şəbəkəsinə qoşulma ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair məlumat verilib, elektron müraciətlər üzrə yüksək dinamikanın müşahidə olunduğu, 2020-ci illə müqayisədə 10 dəfəyə qədər artımın qeydə alındığı bildirilib.
Elektrik təchizatı şəbəkəsinə qoşulma prosesinin qiymətləndirilməsinə dair kiçik və orta biznes subyektləri arasında cari ilin 3 rübündə keçirilmiş sorğuların nəticəsi ilə bağlı təqdimat nümayiş etdirilib, nəticələrin təhlili aparılıb, Kommunikasiya Strategiyasının hazırlanması prosesində sorğu nəticələrinin nəzərə alınması tövsiyə olunub. Növbəti ildən sorğuların keçirilməsinin özəl şirkət cəlb edilməklə reallaşdırılacağı vurğulanıb.
“Paylayıcı Şəbəkələr üzrə Enerji Təchizatının Keyfiyyət Göstəricilərinin Təyin Edilməsi Metodikası” adlı sənədin təkmilləşdirilməsi və illik elektrik enerjisi təchizatında fasilələrin azaldılması, texnoloji itkilərin minimuma endirilməsi üzrə görüləcək işlərlə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması prosesinə dair məlumat verilib.
İşçi Qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb, layihənin ötən illər üzrə fəaliyyət planlarının icrası zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla və müasir yanaşmaların tətbiqi ilə formalaşdırılmasının əhəmiyyəti qeyd edilib.
İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Deloitte”, “Ekvita”, “Baker Tilly” və “BDO” şirkətlərinin nümayəndələri iştirak edib.
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 22 d. əvvəl
-
37 d. əvvəl
Rəşad Nəbiyev Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüşüb
- 40 d. əvvəl
-
47 d. əvvəl
Nazir Rəşad Nəbiyevin “Palantir” şirkətinin nümayəndələri ilə görüşü barədə
-
1 saat əvvəl
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
-
2 saat əvvəl
“Prior Leasing" bol qazanclı yeni istiqrazların buraxılışına hazırlaşır
-
2 saat əvvəl
Tramp: İranın raket və hərbi infrastrukturunun böyük hissəsi məhv edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
Filippində neftin 100 dollar olması ilə bağlı xəbərdarlıq
BVF neft şoku ilə bağlı hazır vəziyyətə keçdi
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
Rəsmi məzənnələr açıqlandı
Bank of Baku-da maliyyə savadlılığı günü





















