"Gözəçarpan artım müşahidə olunur, emitentlərın sayı və marağı artıb"
"Bu il Azərbaycanda kapital bazarı ilə maliyyələşmədə gözəçarpan artım müşahidə olunur.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov deyib.
Onun sözlərinə görə, bazarda ancaq səhmdarların deyil, həm də emitentlərın sayı və marağı artıb.
S. İsmayılov qeyd edib ki, Mərkəzi Bankın requlyator olaraq korporativ qiymətli kağızlara önəm verir və hazırlanan strateji plana görə, bank bazar üçün hüquqi baza hazırlayır və təyin olunan strateji məqsədlər icra edilir.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri illik ifadədə 40%-ə yaxın artaraq təxminən 12 mlrd. manata yaxın olub.
Ölkəmizdə kapital bazarından kütləvi təklif üsulu ilə maliyyələşmə templəri artmaqdadır. Mərkəzi Bank tərəfindən oktyabr ayında "Silk Vey Vest Aviaşirkəti" MMC-nin 50 milyon ABŞ dolları, "Azərbaycan Supermarket" MMC-nin isə 40 milyon manat məbləğində korporativ istiqrazlarının emissiya prospketləri təsdiq edilmişdir. Hər iki emitent ilk dəfə kapital bazarına üz tutur.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
12 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
12 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
12 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 13 saat əvvəl
-
14 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)












