İlham Əliyevdən “Azərbaycanın daimi Prezidenti” təklifinə münasibət
İlham Əliyev “Azərbaycanın daimi Prezidenti” adı təklifinə qarşı çıxacağını bildirdi.Xəbər verdiyimiz kimi, bugün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Marja xəbər verir ki, görüşdə şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov təklif edib ki, İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin.
"Mənim uzun müddətdir qəlbimdə gəzdirdiyim bir fikrim var, onu çatdıracağam. Mən bütün qədirbilən xalqımızdan xahiş edirəm, mənim fikrimi təsdiq etsin, alqışlasın. Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin", - Nəriman Həmidov deyib.
Prezident İlham Əliyev təklifə belə cavab verib: "Mən veto qoyacağam ona, mənim belə hüququm var. Çox sağ olun, təşəkkür edirəm, sağ olun".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
13 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
30 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 47 d. əvvəl
-
53 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























