Volvo səhm satışı həcmini azaltdı
Volvo şirkəti, səhmlərinin ilkin kütləvi təklifinin (İPO) böyüklüyünü 25 milyard krondan 20 milyard krona endirib. Volvo-nun səhmdarı olduğu elektrikli idman avtomobil istehsalçısı Polestar-ın dəyərlənməsilə əlaqədar çətinliklərin investorların şirkətə olan "iştahının" azalmasına səbəb olduğu bildirilir."Volvo Car"ın sahibi səhmlərin ilkin kütləvi təklif ilə cəlb etmək istədiyi maliyyə vəsaitinin məbləğini 25 milyard krondan 20 milyard krona (2,3 milyard dollar) endirib. Çinin "Geely Holding" şirkətinin sahibi olduğu avtomobil istehsalçısı yaydığı açıqlamada, səhm başına qiyməti 53 kron olaraq təyin etdiklərini qeyd edib.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, Volvo-nun payı olan elektrikli idman avtomobil istehsalçısı Polestar-ın dəyərlənməsilə əlaqədar çətinliklər sərmayəçilərin şirkətə olan "iştahı"nın azalmasına səbəb olub.
Volvo, 2030-cu ilə qədər satdığı bütün vasitələrin elektrikli avtomobil olmasını hədəflərkən, Avropada bir batareya zavodu tikməyi planlaşdırır.
Şirkət səhmlərinin bir hissəsinin satışındann əldə edəcəyi gəlir ilə istehsal gücünü artırıb, 2025-ci ilə qədər illik avtomobil satışlarını iki dəfə artıraraq 1,2 milyon ədədə çatdırmağı hədəfləyir.
İsveçin polad istehsalçısı SSAB, dünyanın ilk mineral (qalıq) yanacaq istifadə edilməyən poladını istehsal etdiyini və həmin poladın Volvo-ya transferinin başladığını açıqlayıb.
"Hybrit" layihəsi çərçivəsində kömürdən çox polad istehsalında hidrogen istifadə etmək üçün işlər icra edən SSAB şirkəti, bu addımla polad istehsalından qaynaqlanan karbonun qlobal miqyasda salına biləcəyinin sübut edildiyini qeyd edib.
SSAB 2018-ci ildə layihə daxilində İsveçin Lulea şəhərində pilot bir qalıq yanacaqsız zavodun quraşdırılmasına başladıqdan sonra burada elektroliz üsulu ilə istehsal edilən yaşıl hidrogen sayəsində dəmir filizindən reduksiya yolu ilə süngər dəmir istehsalı edilir. Sonra bu süngər dəmirlər matallom dəmirlər ilə qarışdırılaraq polad istehsalı reallaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























