Bank BTB 9 ayı xalis mənfəətlə başa vurub - MALİYYƏ VƏZİYYƏTİ
Bank BTB 2021-ci ilin 3 rübünü (yanvar-sentyabr) 1 milyon 174 min manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı məlumatda bildirilir ki, üçüncü rübün sonunda cəmi aktivlər 363 milyon 503 min manat olmuşdur. Müxtəlif növ kredit məhsulları təqdim edən Bank “BTB” ASC-nin kredit portfeli 257 milyon 77 min manat təşkil etmiş, bu isə ötən ilin həmin dövrü ilə müqayisədə 18% artım deməkdir.
Fiziki şəxslərin müddətli depozit portfelində də artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə depozit portfelinin həcmi 42% artaraq 127 milyon 832 min manat təşkil etmişdir.
Həmçinin, cari ilin 9 ayı ərzində bankın faiz gəlirləri 18 milyon 870 min manat, faiz xərcləri isə 11 milyon 500 min manat olmuşdur. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 3 milyon 525 min manat, qeyri-faiz xərcləri isə 10 milyon 832 min manat təşkil etmişdir.
Müştəri portfelini genişləndirən Bank BTB cari dövr ərzində fiziki şəxs müştərilərinin sayında 10%, hüquqi şəxs müştərilərinin sayında 8%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 31% artıma nail olmuşdur.
Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank müştəri məmnunluğunu hər zaman üstün tutaraq yüksək keyfiyyətli xidmət göstərməyə davam edir.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 11 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz








.jpg)









