Expressbank 8 milyon manatdan çox xalis mənfəət açıqladı
“Expressbank” ASC 2021-ci ilin 3-cü rübünün yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı məlumatda bildirlir ki, “Expressbank” 2021-ci ilin 9 ayını (3 rübünü) 8,13 milyon manat xalis mənfəət ilə başa vurub. Bu da, keçən ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir.
Məlumatda bildirilir ki, illərdir müştərilərinə göstərdiyi yüksək və peşəkar xidmətlə onların etibarını qazanan Bank üçüncü rübdə həm əmanət, həm də kredit portfelini artırmışdır.
Belə ki, Bankın depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 138,3 milyon manat, kredit portfeli isə 15% artaraq 242,1 milyon manat təşkil edib. Bankın aktivləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% artaraq 328,8 milyon manat təşkil edib.
“Expressbank” ASC qeyd edilən dövr ərzində faiz və qeyri-faiz gəlirlərini də artırmağa müvəffəq olub. İyul-sentyabr ayları üzrə keçən ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 2,7% artaraq 30,77 milyon manat, qeyri-faiz gəlirləri 4,7% artaraq 10,08 milyon manat təşkil edib. Bankın faiz xərcləri isə 12% azalaraq 5,28 milyon təşkil edib. Ümumilikdə, Bank 9 ayı 25.49 milyon manat xalis faiz gəliri ilə başa vurub.
“Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativlərdən dəfələrlə artıq nəticə göstərməklə bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edib. Belə ki, müvafiq dövrün sonuna Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 39.6%, məcmu kapital adekvatlıq əmsalı 43.39%, leverec əmsalı isə 33.96% təşkil edib. Bankın məcmu kapitalı isə 126.21 milyon manat təşkil edib.
Məlumatda qeyd edilib ki, iqtisadi mühit, müştəri portfelinin dinamikası və keyfiyyəti, artım perspektivləri, şəffaflıq, gəlirlilik, və s. kimi vacib göstəricilər əsasında bankları qiymətləndirən Beynəlxalq Reytinq Agentliyi “Fitch Ratings” “Expressbank” ASC-nin biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
Şəffaf maliyyə tərəfdaşlığı və müştərilərinin ehtiyaclarını əsas götürərək daim yeni kampaniyalara və layihələrə imza atan “Expressbank” ASC, hər zaman müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























