Dünyanın ikinci iqtisadiyyatının sürəti zəifləyib
Enerji çatışmazlığı əsas səbəblərdəndir.
Asiyanın ən böyük, dünyanın ikinci ən iri iqtisadiyyatı olan Çində ÜDM-in artımı azalan templə baş verib.
Marja xəbər verir ki, ölkənin Milli Statistika Komitəsinin bugünkü açıqlamasında iyul-sentyabr aylarında artımın ötən ilin müvafiq dövrünə nisbətdə 4,9% təşkil etdiyi bildirilib. Bu, 2020-ci ilin 3-cü rübündən etibarən ən zəif tempdir və cari ilin 2-ci rübü ilə (+7,9%) müqayisədə 3% aşağıdır.
Əsas səbəblərdən biri elektrik enerjisinin çatışmazlığına görə sənaye istehsal həcmində azalmadır. Sentyabr ayı üzrə bu göstərici +3,1% təşkil edib ki, bu da proqnozdan (+4,5%) aşağıdır. Avqustda sənaye istehsal həcmində artım 5,3% idi. Həmçinin, ən iri əmlak şirkətlərindən biri olan Evergrande-nin borcları ilə bağlı qeyri-müəyyənlik bir sıra sahələrdə artım tempinə təsir edib.
Artımın əvvəlki aylara nisbətən yüksək olduğu yeganə sahə pərakəndə satışlardı - 4,4%. Avqustda bu göstərici 2,5% olub.
Çin Xalq Respublikası Dövlət Statistika Komitəsinin bazar ertəsi açıqladığı hesabatda qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında Çinin iqtisadi artım templəri 9,8% təşkil edib.
Çində sənaye istehsalı bu ilin ilk üç rübündə illik müqayisədə 11,8% artıb. Eyni zamanda, sentyabr ayında bu göstərici 3,1% təşkil edib.
Pandemiyadan əvvəl Çində sənaye istehsalının artım tempi tədricən azalırdı. 2018-ci ildə bu rəqəm 6,2%-ə, 2019 -cu ildə mənfi 5,7%-ə, keçən il isə 2,8%-ə düşüb.
"İlkin hesablamalara görə, Çinin ÜDM -i 2021-ci ilin ilk üç rübündə illik ifadədə 9,8% artımla 82,313 trilyon yuan (cari məzənnə ilə təxminən 12,8 trilyon dollar) olub. Birinci rübdə artım 18,3%, ikinci rübdə bu rəqəm 7,9%, üçüncü rübdə isə artım tempi 4,9%-ə təşkil edib", - hesabatda deyilir.
Hesabata görə, Çinin kənd təsərrüfatı sektoru qeyd edilən müddət ərzində 7,4% artaraq 5,143 trilyon yuan (təxminən 799,84 milyard dollar), sənaye 10,6% artaraq 32,094 trilyon yuan (4,99 trilyon dollar), xidmət sektoru - 9,5% artaraq 45,076 trilyon yuan (7,01 trilyon dollar) təşkil edib.
Çinin ÜDM-in artım templəri tədricən yavaşlayır. 2018-ci ildə 6,6%, 2019-cu ildə 6% təşkil edib. 2020-ci ildə, pandemiyanın mənfi təsirləri səbəbindən dinamika 1976 -cı ildən bəri ən aşağı səviyyədə - 2,3% olub.
Ev təsərrüfatları istisna olmaqla, Çindəki kommersiya təşkilatlarının əsas kapitala yatırımı bu ilin ilk üç rübündə illik 7,3% artaraq 39,782 trilyon yuan (təxminən 6,19 trilyon dollar) təşkil edib.
Yanvar-sentyabr aylarında Çində hasilat sənayesinə qoyulan investisiyalar 14% artıb. Sənaye istehsalı sektoruna kapital axını göstərilən müddətdə 12,2% artıb. Xidmət sektoruna qoyulan investisiyalar illik olaraq 5% artmıb.
Yüksək texnologiyalı sektora (18,7%), xüsusilə kompüter və ofis texnikası istehsalına (40,8%), habelə kosmik aparat və avadanlıqların istehsalına (38,5%) sərmayələr artıb. Elektron ticarət xidmətlərinə investisiyalar 43,8%, səhiyyə sektoruna investisiyalar 31,4% artmışdır.
2020-ci ilinldə Çində əsas kapitala yatırılan investisiyalar illik 2.9% artaraq 51.89 trilyon yuan (8 trilyon dollar) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
