8 ayda qeyri neft-qaz məhsullarının ixracı 1,5 milyard dollardan çox olub

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 111 ölkəyə məhsul ixrac olunmuş, 167 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20 milyard 100,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 12 milyard 750,6 milyon dollarını və ya 63,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 7 milyard 349,5 milyon dollarını (36,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5401,1 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,3 faiz artmış, real ifadədə isə 4,1 faiz, o cümlədən idxal 9,8 faiz azalmış, ixrac isə 0,1 faiz artmışdır.
2021-ci ilin yanvar-avqust aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 37,4 faiz, real ifadədə 24,3 faiz artaraq 1 milyard 584,5 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,8 faizini İtaliyaya, 13,6 faizini Türkiyəyə, hər biri 4,2 faiz olmaqla Xorvatiya və Rusiyaya, 4,0 faizini İspaniyaya, 3,8 faizini Hindistana, hər biri 3,6 faiz olmaqla Gürcüstan və İsrailə, 2,7 faizini Tunisə, hər biri 2,4 faiz olmaqla Ukrayna və Portuqaliyaya, 2,2 faizini Birləşmiş Krallığa, 1,7 faizini Almaniyaya, 1,6 faizini İsveçrəyə, 1,1 faizini Kanadaya, hər biri 1,0 faiz olmaqla Tailand, Yunanıstan, Çin və Belarusa, 7,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,0 faiz), Türkiyəyə (25,7 faiz), İsveçrəyə (9,8 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,6 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,4 faiz), Belçikaya (1,3 faiz), Braziliyaya (1,1 faiz), Birləşmiş Krallığa (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 15,4 faizi Türkiyə, 13,7 faizi Çin, 5,9 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 4,0 faiz olmaqla İtaliya və Ukrayna, 3,2 faizi İran, 2,7 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,8 faizi Fransa, 1,6 faizi Braziliya, 1,4 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 36,9 faiz, kartof – 12,9 faiz, şəkər – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 17,2 faiz, meyvə və tərəvəz konservləri – 18,3 faiz, pambıq lifi – 1,6 dəfə, polietilen – 1,0 faiz, pambıq ipliyi – 2,2 dəfə, qara metallardan yarımfabrikatlar – 9,1 dəfə, qara metallardan borular – 7,6 faiz artmış, təzə tərəvəz ixracı isə 20,7 faiz, bitki yağları – 5,8 faiz, çay – 19,0 faiz, tütün – 34,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 29,7 faiz, emal olunmamış alüminium – 40,7 faiz, bentonit gili – 6,3 faiz azalmışdır.
2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2021-ci ilin yanvar-avqust aylarında xam şəkər və şəkər idxalı 5,7 faiz, çay – 6,0 faiz, kartof – 13,5 faiz, təzə tərəvəz – 41,3 faiz, minik avtomobilləri – 1,7 dəfə, dərman vasitələri – 0,8 faiz, hesablama maşınları, blok və qurğuları – 19,7 faiz, yük avtomobilləri – 1,9 dəfə, rezin şinlər – 40,4 faiz, mebellər – 35,8 faiz, məişət kondisionerləri – 1,3 faiz, paltaryuyan maşınlar – 39,1 faiz, avtobuslar – 13,9 faiz, məişət soyuducuları – 27,4 faiz artmış, buğda idxalı isə 30,3 faiz, bitki yağları– 3,3 faiz, təzə meyvə – 2,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,0 faiz, quş əti və onun əlavə məhsulları – 14,1 faiz, mal əti – 43,4 faiz, siqaretlər – 17,5 faiz, qara metallardan borular – 31,1 faiz, polad prokatı – 39,7 faiz, mineral gübrələr – 54,3 faiz, qara metallardan çubuqlar – 70,5 faiz, polietilen – 33,5 faiz, qara metallardan künclüklər – 30,5 faiz, sement və sement klinkerləri – 18,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 25 d. əvvəl
- 28 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
