SOCAR neft hasilatını 10%, qaz hasilatını 9% artırıb
SOCAR 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olmuşdur. Şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% çoxdur.
Marja SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılmış və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10%, qaz hasilatını isə 9% artırmışdır.
Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunmuşdur.
2021-ci ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6%, qaz hasilatında isə 38.6% artımın qeydə alınması deməkdir. Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.
Üçüncü rüb üzrə ixrac göstəriciləri də qənaətbəxş olub. SOCAR tərəfindən 4,5 milyon ton neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% yüksək nəticədir. Qeyd edək ki, şirkət tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir. Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri daha çox - 48% artırılaraq, 4,4 milyard kubmetr7 təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr8 qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.
Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46.5% çoxdur. Bu kəskin artım ötən il Heydər Əliyev adına NEZ-də aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur. Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr10 qaz emal edilib.
Üçüncü rübdə şirkətin ixrac etdiyi neft-qaz emalı və neft-kimya məhsullarının da həcmi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. SOCAR Azərbaycandan təqribən 1.1 milyon ton11 həcmində, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 88% çox neft emalı və neft-kimya məhsulları ixrac etmişdir. Bu artımda, əlbəttə, yuxarıda göstərilən səbəbdən NEZ-də istehsalın yüksəlməsi mühüm rol oynayıb. Bununla yanaşı, yüksək təzyiqli polietilen, mütləqləşdirilmiş izopropil spirti və karbamid kimi kimya məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 13 d. əvvəl
-
-
16 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
38 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















