AZAL yeni Boeing 787 Drealiner təyyarələri ala bilər - GÖRÜŞ
Oktyabrın 14-də Bakı şəhərində AZAL-ın prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşmüşdür.
AZAL-ın yaydığı məlumata görə, görüşdə həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak etmişdir.
Görüş çərçivəsində "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün yeni Boeing 787 Dreamliner təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər “Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı Dreamliner təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud Boeing 757, Boeing 767 və Airbus A340 təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.
Müvafiq təklif hazırlandıqdan sonra “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaqdır.
Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki Boeing 787-8 Dreamliner təyyarəsini istismar edir. Qeyd etmək lazımdır ki, AZAL postsovet məkanında Boeing 787-8 Dreamliner təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi “Azərbaycan Hava Yolları”nın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcəkdir.
Görüş zamanı tərəflər AZAL və Boeing arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























