PAŞA Bankın POS-terminallarının sayı sürətlə artır
2021-ci ilin ilk 6 ayı ərzində PAŞA Bankın POS-terminallarının sayı 22% artıb.
Marja-nın məlumatına görə, 2021-ci ilin ilk yarısının maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib ki, 30 İyun 2021-ci il tarixində Bankın POS-terminallarının sayı 8 min 837 ədəd olub. Bu say, ötən ilin iyun ayının sonunda 5 min 634 ədəd, 2020-ci ilin sonunda isə 7 min 249 ədəd idi.
2021-ci ilin 6 ayı ərzində PAŞA Bankın aktiv plastik kartlarının sayı 3% artaraq 174 min 64 ədədə, aktiv maaş kartlarının sayı isə 1% artaraq 155 min 973 ədədə çatıb. Plastik kartların sayı ötən ilin iyun ayının sonunda 148 min 174 ədəd, 2020-ci ilin sonunda isə 168 min 611 ədəd idi. Maaş kartlarının sayı isə ötən ilin iyun ayının sonunda 139 min 59 ədəd, 2020-ci ilin sonunda isə 154 min 151 ədəd olmuşdu.
Həmçinin oxu
PAŞA Bank özəl müştərilərinin sayını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
























