SOCAR neftin və qazın istehsal maya dəyərini açıqladı - 5 MANATA YAXIN AZALMA
2020-ci ildə 1 ton neftin istehsal maya dəyəri 118,85 manat təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,97 manat və ya 4,0 % azalmışdır. Bu, SOCAR-ın 2020-ci il üzrə İllik Hesabatında qeyd edilib.
Marja.az SOCAR-ın illik hesabatına istinadən xəbər verir ki, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 16,4%, sosial sığortaya ayırmalar 3,4%, amortizasiya ayırmaları 19,5 %, təmir xərcləri 9,1 %, texniki xidmət xərcləri 5,1%, nəqliyyat xərcləri 15,4%, mədən vergisi 8,1%, digər vergilər 5,7% və s. təşkil edir. Neftin nəqli və İstehsalat birliyinin digər xərcləri də nəzərə alınmaqla1 ton neftin tam maya dəyəri 153,56 manat təşkil etmişdir.
QAZIN İSTEHSAL MAYA DƏYƏRİ DƏ AZALIB
2020-ci ildə 1000 kub metr qazın faktiki istehsal maya dəyəri 61,27 manat təşkil etmişdir ki, bu da keçən illə müqayisədə 0,62 manat və ya 1,0 % azdır.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 13,9%, sosial sığortaya ayırmalar 2,9%, amortizasiya ayırmaları 18,2%, təmir xərcləri 8,2%, texniki xidmət xərcləri 4,7%, nəqliyyat xərcləri 14,5%, mədən vergisi 17,7% və s. təşkil etmişdir. Şirkət üzrə 1000 m3 əmtəəlik qazın maya dəyəri 2019-cu illə müqayisədə 0,62 manat (1,0%) azalmışdır.
SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, İstehsalat birliyinin digər xərcləri, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ƏŞ-dən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2020-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 140,24 manat təşkil etmişdir.
NEFTİN VƏ QAZIN MAYA DƏYƏRİ NƏYİN HESABINA AZALIB?
Hesabatda qeyd edilib ki, şirkət üzrə neftin və qazın maya dəyərləri azalmışdır. Neftin maya dəyərinin azalması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mədən vergisi, digər xidmətlər üzrə xərclərin azalması hesabına baş vermişdir. Belə ki, material xərcləri 5 121 min manat (15,2%), elektrik enerjisi xərcləri 1 349 min manat (17,6%), əsaslı təmir və texniki xidmət xərcləri 25 795 min manat (17,8%), nəqliyyat xərcləri 15 656 min manat (10,8%), mədən vergisi 2 711 (3,9%), digər xidmətlər 6 150 min manat (10,5%) azalmışdır.
Qazın maya dəyərinin azalması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, amortizasiya xərclərinin, mühafizə xərclərinin azalması hesabına baş vermişdir. Belə ki, material xərcləri 2 214 min manat (16,0%), elektrik enerjisi xərcləri 1 206 min manat (43,4%), amortizasiya xərcləri 17 241 min manat (21,6%), mühafizə xərcləri 1 577 min manat (17,9%), digər vergilər üzrə 51 min manat (0,4 %) azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 15 d. əvvəl
-
-
18 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
40 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















