Sosial sahibkarlıqla əlaqədar qanun layihəsi hazırlanacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Sosial sahibkarlıq mövzusunda görüş keçirilib.
Agentliyin yaydığı məlumata görə, görüşdə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndləri iştirak edib.
Görüşdə sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, həssas qruplar üçün layiqli məşğulluq imkanlarının formalaşdırılması, onların cəmiyyətə inteqrasiyası və sosial sahibkarlığın təşviqi prioritet istiqamətlərdən biridir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas əhali quruplarının, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və kiçik biznesə yiyələnmələri üçün bir sıra işlər görülür və məşğulluq tədbirlərinin icrası zamanı onlar üstün hüquqa malikdirlər.
Görüşdə eyni zamanda sosial sahibkarlıq ilə bağlı qanunvericilik layihəsinin hazırlanması barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə işçi qrupunun formalaşdırılması barədə ilkin razılıq əldə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























