UNEC ilə "McDonald’s Azərbaycan" arasında memorandum imzalandı - FOTO
Tələbələr "McDonald’s Azərbaycan"da təcrübə keçəcəklər, şirkət onların təhsil xərclərini ödəyəcək, eləcə də sponsorluq edəcək!Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə McDonald’s Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
UNEC rektoru professor Ədalət Muradov və "McDonald’s Azərbaycan"ın Baş Direktoru Oskar Boqopolskiy arasında imzalanan memorandumda təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi məsələləri öz əksini tapıb.
Sənədə əsasən, şirkət tərəfindən tələbələr üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsinin aparılması, istehsalat və könüllü təcrübə proqramlarının təşkili, təhsilalanların təhsil xərclərinin ödənilməsi, eləcə də spesifik sertifikasiya xərclərinə sponsorluq edilməsi kimi bir sıra məsələlər nəzərdə tutulub. Həmçinin həyata keçiriləcək layihələrə birgə dəstəyin verilməsi, tələbələrin ixtisas təcrübəsinin artırılması, informativ ekskursiyaların, müsabiqələrin təşkil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, memorandumu UNEC-lə “McDonald’s Azərbaycan” şirkəti arasında əməkdaşlığın başlanğıcı da hesab etmək olar. Tərəflər memorandum çərçivəsində gələcəkdə əməkdaşlıqlarını daha da inkişaf etdirməyi, müxtəlif sahələrlə bağlı birgə tədbirlər, layihələr həyata keçirməyi planlaşdırırlar.
Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, təhsil müəssisələri ilə ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında əlaqələrin genişlənmsinə də töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
