Ford-un 118 illik tarixində ən böyük istehsal sərmayəsi
Ford və SK Innovation-dan elektrikli avtomobil istehsalı üçün 11,4 milyard dollarlıq sərmayəABŞ-ın böyük avtomobil istehsalçılarından biri olan Ford, Cənubi Koreyadan ortağı "SK Innovation" ilə ABŞ-da 3 batareya zavodu və elektrikli "F-Series" yük avtomobilləri üçün montaj təsisi qurmaq məqsədilə 11,4 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırır.
Marja Ford-un yaydığı açıqlamaya istinadən xəbər verir ki, söz mövzusu sərmayənin Ford-un 118 illik tarixindəki ən böyük istehsal sərmayəsi olacağı qeyd edilib.
Açıqlamada, Fordun ABŞ-ın Tennessee ştatında quracağı meqa kampus və Kentucky ştatında quracağı 2 batareya zavodu ilə ölkənin elektrikli vasitələrə keçidinə liderlik edəcəyi vurğulanıb.
Şirkətin elektrikli vasitələrə birdəfəyə indiyə qədərki ən böyük sərmayəsini etməyi planlaşdırıldığına diqqət çəkilən açıqlamada, 11,4 milyard dollarlıq sərmayə qoyulmasının və təxminən 11 min nəfərə yeni məşğulluq yaradılacağı qeyd edilib.
Avtomobillərin 40-50%-inin tamamilə elektrikli olması hədəflənir
Açıqlamada, Tennessee ştatının qərbində təxminən 15 min 540 hektar bir ərazidə "Blue Oval City" olaraq adlandırılan kompleks tikiləcəyi və burada yeni nəsil elektrikli "F Series" yük avtomobilləri ilə inkişaf etmiş batareyaların istehsal ediləcəyi qeyd edilib.
Kentucki ştatında isə 2 batareya müəssisəsindən ibarət "BlueOvalSK" Batareya Parkının tikiləcəyi qeyd edilən açıqlamada, yeni elektrikli vasitələrin və inkişaf etmiş lityum iyon batareyaların istehsalına 2025-ci ildə başlanacağı bildirilib.
Açıqlamda, Ford-un 2030-cu ilə qədər istehsal etdiyi avtomobillərin 40- 50%-inin tamamilə elektrikli olmasının gözlənildiyi məlumatına yer verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























