"Rosneft" BP-ni keçdi
London birjasında əməliyyatlar zamanı Rusiyanın "Rosneft"şirkətinin bazar kapitallaşması 90,83 milyard dolları keçib. Beləliklə, ticarət məlumatlarından belə çıxır ki, "Rosneft" şirkəti, 87,8 milyard dollarlıq bazar kapitallaşması olan Böyük Britaniyanın BP şirkətini keçib.
Marja xəbər verir ki, Bazar ertəsi səhər Moskva birjasında "Rosneft" bir səhmlinin qiyməti 3,4% artaraq 628,35 rubla çatıb, bu tarixi maksimumdur.
London Fond Birjasında şirkətin səhminin qiyməti 8.56 dollara çatıb (+ 3.15%). Beləliklə, şirkətin kapitallaşması 90,7 milyard dolları keçıb və bu da dəyər baxımından Britaniyanın BP şirkətini qabaqlamağa imkan verib. Sonuncunun səhmləri bazar ertəsi səhər London Birjasında 2.01% bahalaşaraq 3.26 funta yüksəlib və 87.8 milyard dollar kapitallaşma təmin edib.
"Rosneft" səhmləri artan neft qiymətləri fonunda bahalaşır. Londonun ICE birjasında Brent neftinin noyabr fyuçersləri 1,22% bahalaşaraq 78,19 dollar / barelə yüksəlib.
Ancaq "Rosneft"in səhmlərinin qiymətindəki artım rəqiblərini qabaqlayır. İlin əvvəlindən şirkəti 42% bahalaşıb. Moskva Birjasında yanacaq və enerji şirkətlərinin indeksi isə cəmi 27,6% artıb. İnvestisiya analitiklərinin fikrincə, şirkətin səhmlərinin daha çox bahalaşması yüksək dividend gəlirləri və "Vostok Oil" layihəsinin perspektivləri ilə əlaqədardır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
“Ekolizinq”in xalis mənfəəti kəskin artıb
İsrail-Livan atəşkəsindən sonra neft ucuzlaşıb
"MİDA" şirkətinin gəlir və xərcləri açıqlanmır - Mənzil İnşaatı Dövlət Agentliyinin isə əməliyyat zərəri kəskin artıb
“ABB-İnvest” 2025-ci ili 2,35 milyon manat mənfəətlə başa vurub - Aktivləri 30 milyon manatı keçib, kapitalı 40% artıb
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
“ATL TECH” 2025-ci ili mənfəət ilə başa vurub
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
















.jpg)



