Sabaha olan hava proqnozu açıqlandı
Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, yağış yağacaq, külək əsəcəkSentyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
5 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
10 d. əvvəl
11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon mantdan çoxdur
-
- 27 d. əvvəl
-
35 d. əvvəl
Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ING: Azərbaycan Mərkəzi Bankı növbəti qərarlarında uçot dərəcəsini azaltmayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycanın sığorta bazarı kiçilib
Aprel ayının hava proqnozu açıqlanıb
Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Ən çox oxunanlar
Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib
Azərbaycan neftinin qiyməti 132 dolları ötüb
ABŞ 3-cü təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərib
"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib





















