Azərbaycanda qızıl, gümüş və mis istehsal edən şirkətin mənfəəti kəskin azalıb
Azərbaycanda qızıl, gümüş və mis istehsalçısı "Anglo Asian Mining plc" 2021-ci ilin altı aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.
Marja şirkətin açıqlamasına xəbər verir ki, şirkət 2021-ci ilin birinci yarısında 43,5 milyon dollar cəmi gəlir əldə edib (2020-ci ilin birinci yarısında: 45,8 milyon dollar). 2021-ci ilin birinci yarısında vergidən əvvəl mənfəət 5,9 milyon dollar təşkil edib (2020-ci ilin birinci yarısında: 11,8 milyon dollar). Mənfəətin azalmasına xərclərin artması, o cümlədən Azərbaycanda dizel yanacağının qiymətinin 2021-ci ilin yanvar ayında 33,3 faiz artması da səbəb olub.
Şirkət həmçinin səhmdarlarına bir səhmə 4.5 sent ABŞ dolları dividend elan edib.
QIZIL İSTEHSALI VƏ SATIŞI AZALIB
"Anglo Asian Mining plc"nin 2021-ci ilin birinci yarısında qızıl istehsalı 24 min 249 unsiya (2020-ci ilin birinci yarısında: 27 min 922 unsiya), mis istehsalı 1333 ton (2020-ci ilin birinci yarısında: 1207 ton), gümüş istehsalı 78 min 981 unsiya (2020-ci ilin birinci yarısında: 58 min 529 unsiya) təşkil edib.
"Anglo Asian Mining plc" 2021-ci ilin birinci yarısında 19 min 582 unsiya (ötən ilin eyni dövründə: 23 min 979 unsiya) qızıl külçələr satııb. Qızılın hər unsiyası orta hesabla 1776 dollardan satılıb (2020-ci ilin birinci yarısı 1649 dollar).
"Yarım illik fəaliyyətimizin nəticələrini təqdim etməkdən məmnunam. Şirkətin 2021-ci ilin birinci yarısında ümumi gəlirliliyi bir əvvəlki ilə nisbətən azalıb, lakin nəticələr gözləntilərə uyğundur və 2021-ci ilin ikinci yarısında maliyyə göstəricilərinin yaxşılaşacağını gözləyirik. Maliyyə vəziyyətimiz güclü olaraq qalır", - Şirkətin Baş İcraçı direktoru Rza Vəziri bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















