Dövlət Agentliyindən Murovdağ tunelinin bir hissəsinin yekunlaşması ilə bağlı xəbərə reaksiya
Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında Murovdağ tunelinin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşması ilə bağlı dəqiqləşdirilməmiş xəbər paylaşılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Murovdağ tunelin inşasına avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərindən sonra başlanılıb. Təbii ki, qısa müddət ərzində bu tunelin 500 metrlik bir hissəsinin tikintisinin yekunlaşdırılması qeyri-mümkündür.
Məlumata görə, hazırda təyin olunmuş vaxtda tikintinin tamamlanması üçün qazma, partlatma və qırıcı üsullarla dəniz səviyyəsindən 1 700 metr hündürlükdə Murovdağ tunelinin inşası istiqamətində genişmiqyaslı işlər icra olunur. Tunelin yalnız 70 metrlik hissəsində qazma işləri tamamlanıb, digər işlər isə davam etdirilir.
Videosu yayılan tunel isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunan 6 tuneldən biridir. Tunelin tikintisinə Prezident İlham Əliyevin iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoymasından sonra başlanılıb.
Sözügedən tunelin uzunluğu 431 metr təşkil edir. Tuneldə bir istiqamət üzrə qazma işləri tamamlanıb, əks istiqamət üzrə hazırda qazma işləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























