"Azərbaycan Sənaye Korporasiyası"na məxsus şirkət zərərdə!
“Azəripək” zərərdən xilas ola bilmir."Azərbaycan Sənaye Korporasiyası"na məxsus olan “Azəripək” MMC 2020-ci ili 268 min 307 manat xalis zərər ilə başa vurub. “Azəripək” MMC 2019-cu ili 262 min manat xalis zərərlə bağlamışdı. 2018-ci illə müqayisədə 2019-cu ildə “Azəripək” MMC-nin xalis zərəri 4,2 dəfə artmışdı.
Marja şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azəripək”in cəmi gəlirləri 2 milyon 501 min 193 manat, cəmi xərcləri isə 2 milyon 769 min 500 manat təşkil edib.
Ötən il Şirkətin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2 milyon 327 min 313 manat təşkil edib. 2019-cu ildə “Azəripək”in əsas əməliyyat gəlirləri 1 milyon 768 min manat olmuşdu.
YIĞILMIŞ ZƏRƏRİ 600 MİN MANAT YAXINLAŞIB
"Azəripək"in 2019-cu ilin sonunda yığılmış zərəri 324 min 887 manat ikən, 2020-ci ilin sonunda 593 min 194 manata çatıb.
"Azəripək" MMC-nin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex, qeyri-istehsal sahələrinə isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























