Binədə qəsəbədaxili marşrut xəttinin fəaliyyəti bərpa olunur
Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar sentyabrın 10-dan sərnişinlərin xidmətində olacaq. Marşrut xətti üzrə gediş haqqı 0,30 AZN təşkil edəcək. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə həyata keçiriləcək.
Sərnişinlərin “BakıKart”ın balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada, post-terminallar qoyulub. Bundan əlavə Binə südçülük sovxozu, Mehriban qonşular küçəsi adlanan ərazi üzrə ünvanlardakı OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























