Azərbaycanda büdcə kəsirinin 4 ildə kəskin azaladılması hədəflənir - YENİ PROQNOZLAR
Xarici və daxili borclanmanın büdcə kəsirinin maliyyələşdirilməsində payının 27,3 faizdən 52,9 faizə yüksələcəyi də proqnozlaşdırılır“Təkmilləşdirilmiş büdcə qaydası və yenilənmiş borclanma strategiyası əsasında formalaşdırılacaq yeni makrofiskal çərçivə ortamüddətli dövrdə büdcə kəsirinin məqbul səviyyədə saxlanılmasını təmin etməklə onun ümumi daxli məhsulda (ÜDM) xüsusi çəkisinin azalmasını şərtləndirəcəkdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilir.
Açıqlamada qeyd edilib ki, büdcə kəsirinin ÜDM-ə nisbətinin 2022-ci ildə 3,2 faizə, 2025-ci ildə isə 1,5 faizə düşməsi proqnozlaşdırılır. 2022-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 567 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 2 milyard 61 milyon manat, 1 milyard 795 milyon manat və 1 milyard 513 milyon manat məbləğində proqnozlaşdırılır.
Büdcə kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Ortamüddətli dövrdə büdcə kəsirinin əsas maliyyələşmə mənbəyini xarici və daxili borclanma hesabına daxilolmalar təşkil edəcəkdir. Belə ki, 2022-2025-ci illər ərzində xarici və daxili borclanmanın büdcə kəsirinin maliyyələşdirilməsində payının 27,3 faizdən 52,9 faizə yüksələcəyi proqnozlaşdırılır. Bunun əksinə olaraq, layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlərin həcminin azalması proqnozlaşdırılır.
“Yeni makrofiskal çərçivənin tətbiqi ilə əlaqədar büdcə kəsirinin maliyyələşmə mənbələrinin strukturunda da müəyyən dəyişiklik olacaqdır. Belə ki, qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili borclanmanın təsdiq edilmiş limitlər çərçivəsində büdcə kəsirinin maliyyələşməsinin əsas mənbəyinə çevrilməlidir. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmalı, ilkin və təkrar bazarın formalaşdırılması və gücləndirilməsi prosesi davam etdirilməlidir”,- Açıqlamada deyilir.
Dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbəyi kimi özəlləşdirilmədən daxilomaların növbəti illərdə sabit həcmdə olacağı, vahid xəzinə hesabının qalığının isə azalacağı proqnozlaşdırılmışdır.
Bununla yanaşı, 2022-ci ildə 5 milyard 178,2 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2025-ci ildə 2 milyard 283,5 milyon manata qədər azalacağı proqnozlaşdırılır ki, bunun da səbəbləri növbəti illərdə dövlət büdcəsinə yönəldilən transfertin, son nəticədə Dövlət Neft Fondunun xərclərinin, həmçinin dövlət büdcəsi kəsirinin azalmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















