Volkswagen tullantıların təkrar emalından elektrikli avtomobil düzəldəcək
Sükanın yuxarısı yoxdur, ekran panelini isə smartfonunuz əvəz edir...Alman avtomobil istehsalçısı Volkswagen ilk dəfə maşın alan gənclər üçün maraqlı konsepsiya təklif edir.
Marja xəbər verir ki, şirkət bu həftə başlayan Münhen Avtomobil Sərgi-Şousunda ID.Life adlı yığcam elektrikli SUV-un prototipini təqdim edib.
Avtomobilin maraqlı özəllikləri onun boyanmasında odun qırıntılarından rəng elementi kimi istifadə olunması, açılıb-bağlanan banın isə təkrar emal edilmiş plastik butulkalardan düzəldiləcəyidir. Təkərlərin hazırlanmasında bioloji əsaslı yağlar, çəltik qabıqları və təbii kauçukdan istifadə olunacaqdır.
Aşağı hissəsi dəyirmi, yuxarı hissəsi isə açıq olan sükanın ortasında kiçik sensor ekran yerləşəcək və onun köməyi ilə avtomobili idarə edərkən bir sıra göstəriciləri seçmək, o cümlədən sürət ötürücüsünü dəyişmək mümkün olacaq. Ümumi idarəetmə və göstərici ekranı funksiyasını isə proqram təminatının köməyi ilə smartfonunuz yerinə yetirəcək.
Ehtiyac olduqda, ön və arxa oturacaqları qatlanaraq yatağa çevrilən avtomobil 96 km/saat sürəti 7 saniyəyə yığa biləcək və tam enerji yığdıqda 400 km-ə qədər məsafə qət edəcək.
2025-ci ilə qədər istifadəyə veriləcək modelin ilkin satış qiyməti 20 min avro (hazırkı məzənnə ilə 24 min dollar) nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















