Teslanın Çindəki ən böyük rəqibi satışlarını 4 dəfə artırıb
8 aya 1,7 milyon yeni avtomobil satılıb.Çinin ən iri elektrikli avtomobil istehsalçılarından biri, bu sahədə qlobal lider Teslanın ölkədəki bir nömrəli rəqibi BYD satış həcmini sürətlə genişləndirir.
Marja xəbər verir ki, BYD avqust ayında 61 409 ədəd elektromobil satıb.Bu isə ötən ilin müvafiq dövründən 4 dəfə çoxdur.
İyul ayında 50 min ədəddən çox elektrikli avtomobil satan BYD bu göstərici ilə digər yerli şirkətləri - Nio, Li Auto və XPeng-i kifayət qədər üstələyib. Qeyd olunan şirkətlərin hər biri avqust ayında 10 min ədəddən az avtomobil təchiz edib.
Davam edən pandemiyanın fəsadlarına və vacib element olan yarımkeçirici çiplərin təchizatındakı ləngimələrə baxmayaraq, Çində elektrikli avtomobil bazarı dövlətin bu sahəyə dəstəyi nəticəsində sürətlə böyüyür. Reuters-in məlumatına görə, yanvar-avqust ayının ilkin nəticələri ölkədə 1,7 milyon ədəddən çox elektromobilin satıldığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
9 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
29 d. əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
-
35 d. əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib




















