“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” dünyanın aparıcı gəmi idarəetmə şirkətilə danışıqlar aparıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və dünyanın aparıcı gəmi idarəetmə şirkəti olan “V.Group” arasında onlayn görüş keçirilib.
Görüşü giriş sözü ilə ASCO-nun sədri Rauf Vəliyev açıb. O, rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib. Bildirib ki, ASCO Xəzər dənizində aparıcı gəmiçilik şirkətlərindən biri olmaqla, müxtəlif təyinatlı 260-dan çox gəmiyə malikdir. Şirkət 2014-cü ildən beynəlxalq sularda da fəaliyyətini bərpa edib. Belə ki, hazırda ASCO-nun Xəzərdənkənar sularda 11 gəmisi yükdaşımalarla məşğuldur. Onlardan 3-ü tanker, 8-i quru yük gəmisidir.
Görüş çərçivəsində ASCO-nun beynəlxalq yükdaşımalar bazarında fəaliyyətinin genişləndirilməsi və mövqeyinin gücləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
“V.Group”-un çıxış edən nümayəndələri sözügedən məsələ ilə bağlı ASCO ilə əməkdaşlığa hazır olduqlarını, gələcək tərəfdaşlığın hər iki quruma fayda verəcəyini bildiriblər.
Qeyd edək ki, gəmilərin idarəedilməsində 35 ildən çox təcrübəyə malik “V.Group” gəmi sahibləri üçün yüksək xidmətlər təklif edir. Hazırda 600 gəmi üçün məsuliyyət daşıyan “V.Group” 44 mindən çox dənizçidən ibarət beynəlxalq şəbəkəyə çıxışı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























