OPEC+ istehsalı artırmağa davam etmək mövzusunda razılaşdı - NEFT UCUZLAŞIR
OPEC+ ölkələri eft hasilatının gündəlik 0,4 milyon barel artırılmasına davam edəcəklər.Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupu neft istehsalını artırmağa davam etmək qərarı qəbul edib.
Marja xəbər verir ki, OPEC+ın mövcud siyasətinə görə, eft istehsalının ayda 400 min barel artırılması davam edəcək.
Qərardan sonra Brent nefti 1% ucuzlaşaraq 70,91 dollara düşüb (Bakı vaxtı ilə saat 19:35-ə olan məlumat).
"JP Morgan Chase & Co"nun neft və qaz departamentinin rəhbəri Christyan Malek, Bloomberg TV-yə verdiyi müsahibəsində, "OPEC+ bir dəfə daha bir araya gəlib işləri problemsiz bir şəkildə edə bildiklərini sübut etdi" deyib.
Xam neft qiymətləri Avqust ortasında düşdükdən sonra əhəmiyyətli dərəcədə yenidən yüksəlməsi və 2021-ci ilin geri qalanı üçün təklifin artması üzrə proqnozun qənaətbəxş olması səbəbilə, qrupun mərhələli aylıq istehsal artırmasına dair mövcud təqvimi dəyişdirmək üçün çox az səbəbi var idi.
OPEC və Rusiya daxil müttəfiqləri, keçən il Kovid-19 pandemiyası müddətində tətbiq olunan bənzəri görülməmiş istehsal azaldılmasını ləğv etməkdə davam edir.
OPEC + monitorinq komitəsinin çərşənbə günü bir saatdan az davam edən iclası başa çatıb. Nazirlər, OPEC + ölkələrinə iyul ayında qəbul edilən neft hasilatının gündəlik 0,4 milyon barel artırılması planına riayət etmələrini tövsiyə ediblər.
İyul qərarına görə, OPEC + ölkələri 2021-ci ilin avqust ayından etibarən 2022 -ci ilin sentyabr ayına qədər neft hasilatını ayda 0,4 milyon barel artırır. Bu, 2020-ci ilin may ayından etibarən azaldılmış neftin həcmini bazara qaytarmağa imkan verəcək. OPEC + texniki komitəsinin hesabatına görə, bu il tədarük kəsirinin həcmi (tələbin təklifi üstələməsi) əvvəlcədən gözlənildiyi kimi əhəmiyyətli olmayacaq - əvvəllər 1,4 milyon barel/ gün əvəzinə cəmi 0,9 milyon barel/ gün gözlənilir. 2022 -ci ildə tələbin 2,5 milyon barel həcmində təklifin çox olması gözlənilir.
ABŞ -ın neft ehtiyatları bir həftə ərzində 7,2 milyon barel azalıb
Yeri düşümüşkən, ABŞ Energetika Nazirliyindən verilən məlumata görə, ABŞ-da kommersiya (satış üçün) neft ehtiyatları son bir həftə ərzində 7,169 milyon barrel azalaraq 425,395 milyon barrel təşkil etmişdir.
Bloomberg agentliyinə müsahibə verən analitiklər ehtiyatların 2,5 milyon barel azalacağını gözləyirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















